Kamil Quluzade
71 saylı orta məktəb/Azərbaycan.
Bu alim İbn Sinadır. Avropalıların "Avisenna" dedikləri İbn Sina... Dünyaya gəlib-gedən böyük alimlərdən biri olan İbn Sina ilk təhsilini Buxarada alıb. Hələ on yaşında ikən o, Müqəddəs Kitabımız Qurani-Kərimi əzbərləyib. Bir neçə il sonra ayrı-ayrı müəllimlərdən həndəsə, astronomiya, fizika və hüquq təhsili alıb. O, Buxaraya gələn məşhur alim Abdullah Natilidən məntiq və fəlsəfə elmini öyrənib. Bu arada həkimlik dərsi də alıb və nəzəri bilgilərini yavaş-yavaş xəstələr üzərində tətbiq edib. İlk tibb müəlliminin İbn Yəhya olduğu bildirilir.
İbn Sina on yeddi yaşında ikən Buxara şahzadəsi Nuh ibn Nasr Samanini təhlükəli bir xəstəlikdən qurtardığı üçün saray kitabxanasının müdirliyinə təyin edilib. Fövqəladə bir zəkaya və çox qüvvətli hafizəyə sahib olan İbn Sina, dövrünün bütün elmlərini öyrənmək arzusu ilə tədqiqatlar və araşdırmalar aparıb. Əvvəl Aristotelin, sonra Farabinin fəlsəfi fikirlərini tədqiq edərək onların təsiri altında qalıb. Bu zamanlar tibb elmi ilə də ciddi-ciddi məşğul olub, tədqiqatlar aparıb. Tibb elmini Əbu Mənsur Həsən Qəməri və Yəhya ibn İsa adlı tanınan şəxslərdən öyrənib.
COMMENTS
Click 'X' to report any negative comments. Thanks!